Aqil Faiq oğlu Əliyev (10 yanvar 1999, Tovuz rayonu – 15 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Aqil Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Pələkli, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Pələkli |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2018; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri | 2020 |
Aqil Əliyev 1999-cu il yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub.[1] 2005-2013-cü illərdə V. Rəhmanov adına Pələkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Aqil Əliyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Aqil Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Aqil Əliyev oktyabr 15-də Suqovuşan ətrafında gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Pələkli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]