Əli Mehman oğlu Nağıyev (25 dekabr 1991; Bakı, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əli Nağıyev | |
---|---|
Əli Mehman oğlu Nağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Badamdar |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2020, |
Əli Nağıyev 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub.[2][3] Əslən Ucar rayonunun Təzə Şilyan kəndindəndir. 2007-ci ildə Bakının Səbail rayonundakı 91 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra “İyirminci sahə”dəki sürücülük məktəbində peşə təhsili alıb. 2010-cu ilin yanvarından 2011-ci ilin iyuluna qədər hərbi xidmətdə olub. Əsgəri xidmətini Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında, Ergi düzündə - işğalçı ermənilərlə üzbəüz mövqelərdə keçib.[4][5]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Məmmədov Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 22 oktyabr 2020-ci ildə Badamdarda dəfn olunmuşdur.[6][7][8][9][10]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[11]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[12]