Şahin Bayram oğlu Qədirov (3 yanvar 1990, Çeyildağ, Qaradağ rayonu — 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahin Qədirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2008—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər | |
Təltifləri |
Şahin Qədirov 1990-cı il yanvarın 3-də Qaradağ rayonunun Çeyildağ qəsəbəsində anadan olmuşdur.[1] 1996-2005-ci illərdə Siyavuş Muradov adına 224 nömrəli məktəbdə orta təhsil almışdır. Ailəli idi, Bayram adlı övladı yadigar qaldı.
2008-ci ilin yanvar ayının 5-də Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Quru Qoşunlarında xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. Şahin Qədirov adı çəkilən hərbi birləşmənin Yaşmada yerləşən "N" saylı hərbi hissəsində "gizir" rütbəsində xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahin Qədirov Xüsusi Təyinatlı Qüvvələrin giziri olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Azərbaycan Ordusunun giziri olan Şahin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Qədirov 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yeirnə yetirilməsi zamanı həlak olmuşdur. Qaradağ rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]