Əli Məcid oğlu Mehdizadə (15 avqust 2001, Lənkəran – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Mehdizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 avqust 2001 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 2020 (19 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Məcid Mehdizadə |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Əli Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda dünyaya göz açmışdır. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsilini bitirmişdir.[1]
Əli Mehdizadə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası almış və hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanmışdır. Əli Mehdizadə 1 noyabr 2020-ci ildə səhər saatlarında Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı 1553 yüksəkliyində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun 03.11.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[7]