Taleh Arif oğlu Məmmədov (16 yanvar 1999; Hüsənli, Tərtər, Azərbaycan — 30 sentyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Taleh Məmmədov | |
---|---|
Taleh Arif oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hüsənli, Tərtər, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Tərtər |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Taleh Məmmədov 1999-cu il yanvarın 16-da Tərtər rayonunda anadan olub. Tərtər rayon, Hüsənli kənd tam orta məktəbində təhsil alıb.[2][3] 2017-ci ildə hərbi xidmətə çağırılıb. Sonradan isə müddətdən artıq hərbi qulluqçu kimi işə başlayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Taleh Məmmədov Ağdərə, Tərtər doyüşlərində iştirak edib. Taleh Məmmədov 2020-ci il sentyabrın 29-da Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Tərtərdə torpağa tapşırılıb.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]