Anar Nazim oğlu Məmmədzadə (3 avqust 1999, Zərdab rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Anar Məmmədzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zərdab rayonu,Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Gəlmə, Zərdab rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Anar Məmmədzadə 1999-cu il avqustun 3-də Zərdab rayonunda anadan olub.
2005-2016-cı illərdə Zərdab rayon 1 saylı məktəb-liseyində təhsil alıb.
2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alıb. 2019-cu ildə təhsilini müvəqqəti olaraq dondurub. Subay idi.
Anar Məmmədzadə 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Anar Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə qoşulub.
İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.
Anar Məmmədzadə oktyabrın 8-də Füzulinin azad edilməsində şəhid olub.
Noyabrın 19-da Zərdab rayonunun Gəlmə kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]