Əli Kamran oğlu Vəliyev (15 iyun 2002; Sumqayıt, Azərbaycan — 30 sentyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əli Vəliyev | |
---|---|
Əli Kamran oğlu Vəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Tapqaraqoyunlu, Goranboy, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2021 2021 |
Əli Vəliyev 2002-ci ildə, iyunun 6-da Sumqayıt şəhərində dünyaya gəlib.[2][3] Sumqayıt şəhəri 13 saylı orta məktəbdə təhsil almışdır.[4] 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əli Vəliyev Goranboy rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. O, 2020-ci il sentyabrın 30-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]