Nurlan Əlövsəd oğlu Rəhimov (22 noyabr 1981, Astara – 30 sentyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Nurlan Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Astara şəhəri, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Astara şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Səbinə Rəhimova |
Uşaqları | Əlövsət, Səidə |
Atası | Əlövsət Rəhimov |
Anası | Səidə Rəhimova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Nurlan Rəhimov 1981-ci il noyabrın 22-də Astara şəhərində anadan olub.[1] 1988–1999-cu illərdə Ş. Qasımov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Nurlan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Rəhimov sentyabrın 30-da Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Rəhimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]