Elşən Məmmədov (21 aprel 1999, Danyeri, Şərur rayonu, Azərbaycan – 21 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Elşən Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Danyeri, Şərur rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əziz Məmmədov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Təltifləri | 2020 2020 2020 |
Elşən Məmmədov 21 aprel 1999-cu ildə Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur.[1]
Azərbaycan Ordusunun leytenantı olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavəndin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]