Nicat Bəkir oğlu Mustafayev ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nicat Mustafayev | |
---|---|
Nicat Bəkir oğlu Mustafayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Binqədi rayonunda Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Mustafayev Nicat Bəkir oğlu 2001-ci ilin oktyabr ayının 8-də Bakı şəhərində dünyaya göz açmışdı. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Hamamlı rayonu Qursalı kəndindəndir. O, ailəsiylə birlikdə Binəqədi qəsəbəsində yaşayırdı. Mustafayev Nicat uşaqlıqdan idmanla maraqlanırdı. 7 yaşından fərqli idman növləri ilə, xüsusən güləş ilə məşğul olmuşdu. Çoxlu medal və diplomları var idi. Azərbaycan bayrağını bir çox ölkələrdə dalğalandırmışdı.
6 yaşında Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin 1 –ci sinifinə yollanmış və 9-cu sinifdən təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etmişdir.
Ad günündən 2 gün sonra, oktyabrın 10-u həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində həqiqi hərbi xidmətə yollanmış və əsgərlikdə Nicat idmançı olduğuna görə, kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilmişdi. Bir il olardı əsgərliyə getmişdi. Nicat da digər igid qəhrəmanlarımız kimi döyüşə həvəslə, inamla, qəhrəmanlıq hissiylə qoşulmuş və igidcəsinə döyüşmüşdü. Nicat ilk dəfə Murov istiqamətində döyüşüb. Ordan Füzuli, Cəbrayıl istiqamətinə yollanmış və Füzuli istiqamətində döyüşlərdə yaralanaraq həlak olmuşdur.[1]