Namiq Rasim oğlu Həsənov (10 may 1991; Göytəpə, Cəlilabad, Azərbaycan — 30 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Namiq Həsənov | |
---|---|
Namiq Rasim oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göytəpə, Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Göytəpə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Namiq Həsənov 10 may 1991-ci ildə Cəlilabadda anadan olub..[2][3] Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbi 2008-ci ildə bitirmişdi. O, 2008-ci ilin iyul ayında əsgəri borcunu vermək üçün hərbi xidmətə yollanmışdır və 2010-cu ildə xidməti başa vurub evə qayıtmışdır. 2011-ci ildə yenidən müddətdən artıq xidmət etmək üçün Milli Ordumuzun N saylı hərbi hissəsində tank sürücü-mexaniki kimi işləməyə başlamışdır.[4]
Namiq Həsənov Aprel döyüşləri'ndə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Namiq Həsənov Fizuli döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətdində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur. 9 dekabr 2020-ci ildə Göytəpədə dəfn edilmişdir.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Namiq Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[9]