Məhəmmədəli Bayram oğlu Ələkbərov (15 oktyabr 1990; Ağstafa rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Məhəmmədəli Ələkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Ağstafa, AzSSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Dəfn yeri | Poylu, Ağstafa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2012—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 2019 |
Məhəmmədəli Ələkbərov 1990-cı il oktyabrın 15-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.[1] Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmmədəli Ələkbərov oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]