Ağasadıq Xəlil oğlu Aslanov (1 mart 1991, Neftçala rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Ağasadıq Aslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1991(1991-03-01) |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2020(2020-11-08) (29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Ağasadıq Aslanov 1991-ci il martın 1-də Neftçala rayonunun Kür Qarabucaq kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun giziri olan Ağasadıq Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağasadıq Aslanov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunun Kür Qarabucaq kəndində dəfn olunub.