Fuad Valeryeviç Məmmədov (1 avqust 1998, Bakı – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Fuad Valeryeviç Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1998(1998-08-01) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (22 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Valeri Dışin |
Anası | Mətanət Məmmədova |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 2021 2021 |
1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. "Səma" ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda "Jara" filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub. Emin Ağalarovun "Ürəyin yarısı" (Сердце пополам) klipində çəkilib. Formula yarışlarında və Jara festivalında könüllü iştirak edib.
Atası – Valeri Nikolayeviç Dışin, ehtiyatda olan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Anası – Mətanət Ərəstun qızı Məmmədova, ali təhsili bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.