Ümid Fərman oğlu Məmmədov (14 mart 1999; Nehrəm, Babək rayonu, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Ümid Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nehrəm, Babək rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Nehrəm, Babək rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Heydər Əliyev adına AAHM |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Təltifləri | 2020 2020 2020 2020 |
Ümid Məmmədov 14 mart 1999-cu ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur.[1] 2005-2013-cü illərdə Babək rayon Nehrəm qəsəbə 3 saylı tam orta məktəbdə orta təhsil almış, 2013-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil almışdır. 2018-ci ildə ali hərbi məktəbdə fərqləndiyinə görə II kursda təhsil alan kursant Ümid Məmmədov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi. Subay idi.
Ümid Məmmədov 2020-ci ildə ali hərbi məktəbi bitirmiş və "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi vəzifəsinə başlamışdır.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulmuşdur.[2] Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusu geri oturdurulmuşdur.[3] Tarixə Tovuz döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Ümid Məmmədov general-mayor Polad Həşimov ilə birlikdə vuruşmuş və qarşı tərəfin hücum cəhdinin qarşının alınmasında fərqlənmişdir. Döyüşlər başa çatdıqdan sonra Ümid Məmmədov Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun leytenantı olan Ümid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ümid Məmmədov 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 18 oktyabr 2020-ci ildə doğulduğu Babək rayonunun Nehrəm qəsəbəsində dəfn olunmuşdur.