Araz Adil oğlu Məmmədov (2 may 1994, Tovuz rayonu – 4 noyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Araz Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012—2014 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Araz Məmmədov 1994-cü il mayın 2-də Tovuz rayonunun Kirən kəndində anadan olub.[1] Daha sonra Məmmədovlar ailəsi Gəncə şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. Araz Məmmədov 2001–2012-ci illərdə Gəncə şəhərində K. Uşinshi adına 29 nömrəli tam orta məktədə təhsil alıb. İdmanın cüdo növü ilə məşğul olurdu. Subay idi.
Araz Məmmədov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Müşfiqabad qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı o, "Baş Kəşfiyyatçı snayper" vəzifəsində çalışıb və cəbhə bölgələrində yerləşən hərbi hissələrdə ezamiyyətdə olub.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması Araz Məmmədova təsir edir və o, döyüşlərə yollanmaq üçün Gəncə şəhərinin Kəpəz rayonunun SHXÇDX müraciət edir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlanan da, Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Araz Məmmədov öz istəyi ilə müharibəyə yollanıb. İkinci Qarabağ müharibəsi zamanı o, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əvvəlcə snayper, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin heyətində döyüşüb. Suqovuşan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin pulemyotçularının məhv edilməsində fərqlənib. Araz Məmmədov noyabrın 4-də Suqovuşan istiqamətində şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]