Aslan İsmayılov (baş leytenant)

Aslan Əvəz oğlu İsmayılov (1 iyun 1993; Sarvan, Salyan, Azərbaycan9 oktyabr 2020; Daşkəsən, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi.

Aslan İsmayılov
Aslan Əvəz oğlu İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1993(1993-06-01)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 2020(2020-10-09) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Əvəz İsmayılov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2012-ci ildən
Rütbəsi Baş leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Murovdağ döyüşləri
Təltifləri
"Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Aslan İsmayılov 1993-cü il iyunun 1-də Salyan rayonunun Sarvan kəndində anadan olub.[1] 1999—2007-ci illərdə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində təhsil alıb. Bu məktəbdə 8 sinif oxuduqdan sonra təhsilini 2007—2010-cu illər aralığında Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Daha sonra isə 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2014-cü ildə oradan "leytenant" hərbi rütbəsində məzun olmuşdur.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Təhsilini başa vurduqdan sonra, yəni 2014-cü ildən İkinci Qarabağ müharibəsi başlayanadək Naxçıvan Muxtar RespublikasıBakıda yerləşən hərbi hissələrdə xidmət edib.

Azərbaycan Ordusunun baş leytenantı olan Aslan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, HadrutMurovdağ döyüşlərində savaşıb. Müharibə başlayan zaman o, Xüsusi Təyinatlı Qüvvələrin döyüş qrupunda xidmət edirdi. Oktyabrın 9-da içində Aslan İsmayılovun da olduğu xüsusi təyinatlı qrup Cəbrayılın Daşkəsən kəndində Ermənistan Ordusunun döyüş postu ilə qarşılaşır və aralarında atışma başlayır. Atışma zamanı baş leytenant Aslan İsmayılov aldığı güllə yarasından hadisə yerindəcə şəhid olur. Anadan olduğu Salyanın Sarvan kəndində dəfn edilib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 26.06.2018-ci il tarixli Əmrinə əsasən, Aslan İsmayılov "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli 2349 nömrəli Sərəncamına əsasən, baş leytenant Aslan İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli 2352 nömrəli Sərəncamına əsasən, baş leytenant Aslan İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamına əsasən, baş leytenant Aslan İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Kəlbəcərin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli 2372 nömrəli Sərəncamına əsasən, baş leytenant Aslan İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Xocavəndin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli 2712 nömrəli Sərəncamına əsasən, baş leytenant Aslan İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  6. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.