Musa Əlifağa oğlu Əsgərov (17 fevral 1997, Sabirabad, Cəlilabad rayonu – 28 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Musa Əsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Paşam |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Cəfərabad, Cəbrayıl rayonu, Azərbaycan |
Vəfat səbəbi | çox saylı güllə yarası |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əlifağa Hacıyev |
Anası | Sevda Əsgərova |
Təhsili | AAHM |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Baş leytenant |
Vəzifəsi | Taqım Komandiri |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Musa Əsgərov 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.[1] 2003–2011-ci illərdə N. Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011–2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)də ali təhsil alıb Subay idi.
Azərbaycan Ordusunun leytenantı olan Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl rayonu Cəfərabad kəndində kəşfiyyatta olarkən düşmən tərəfindən pusquya düşürülərək şəhid olub onun nəşi 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb 02.10.2020 tarixində Azərbaycan Silahlı Qüvvələrin Cəbrayıl uğrunda gedən döyüşlərdə onun nəşi döyüş meydanından götürülərək ailəsinə təhvil verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]
Musa Əsgərov şəhid olduqdan sonra yenicə dünyaya gələn qardaşı oğluna Musa adı verilib.