Natiq Sahib oğlu Məmmədov (29 avqust 1997, Aşağı Cürəli, Biləsuvar rayonu – 31 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Natiq Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Cürəli, Biləsuvar rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 |
Natiq Məmmədov 29 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur.[1][2] Aşağı Cürəli kənd,tam orta məktəbində 2004-2015'ci illərdə orta təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Nümunəvi xidmətinə görə gizirlik məktəbinə göndərilir. Natiq Məmmədov gizir kimi yenidən hərbi xidmətini davam etdirir.Ailəli deyildi
Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlananda Natiqin də olduğu hərbi dəstə ön xətdə idi. İkinci Qarabağ müharibəsi zamanı şəhid olub. Natiq Məmmədov 30 oktyabr 2020-ci ildə Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nətiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[5]