Əli Seyran oğlu Nəcəfov (24 may 1998, Tüklə, Masallı rayonu – 22 oktyabr 2020 və ya 20 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tüklə, Masallı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | Tüklə, Masallı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Əli Nəcəfov 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub.[1] 2004-2015-ci illərdə Binəqədi rayonunda ERA - tam orta ümumtəhsil məktəbində təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Universitetində (AU) "Maliyyə və iqtisadiyyat" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Əli Nəcəfov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]