Pərvin Natiq oğlu Məmmədov (4 avqust 2001; Şıxlar, Xaçmaz, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Pərvin Məmmədov | |
---|---|
Pərvin Natiq oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şıxlar, Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Xaçmaz |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2022 |
Pərvin Məmmədov 2001-ci ilin avqustun 4-də Xaçmaz rayonunun Şıxlar kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş idilər. Xaçmaz rayonu, Çaykənari kənd orta məktəbi bitirib.[2][3] 2019-cu ildə hərbi xidmətə yollanıb.[4][5]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Pərvin Məmmədov Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 2 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur. 28 noyabr 2020-ci ildə Xaçmazda torpağa tapşırılıb.[6][7][8][9]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[10]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərvin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[11]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Pərvin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[12]