Kamil Ələddin oğlu Kərimov (2 iyul 1995; Ürkməzli, Qazax, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Kamil Kərimov | |
---|---|
Kamil Ələddin oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ürkməzli, Qazax, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Qazax |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020, 2021 |
Kamil Kərimov 2 iyul 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı bitirmişdir.[2][3] 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyat bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamil Kərimov Kəlbəcər döyüşlərində savaşıb. 1 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə ucalıb. 17 dekabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn edilmişdir.[5][6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamil Kərimov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]