Orxan Səlvər oğlu Qəhrəmanov (28 mart 1991, Bakı – 21 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Orxan Qəhrəmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1991(1991-03-28) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2009–2010; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Zəngilanın azad edilməsi • Hadrut döyüşləri |
Təltifləri | 2020 2020 2021 |
Orxan Qəhrəmanov 1991-ci il martın 28-də Bakı şəhərində anadan olub.
1997–2006-cı illərdə N. Rəfiyev adına 104 saylı Suraxanı rayon tam orta məktəbində təhsil alıb.
Orxan Qəhrəmanov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Orxan Qəhrəmanov oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Bakı şəhərində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Qəhrəmanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]