Araz Qəhrəman oğlu Məmmədov (16 iyul 1997, Tumbul, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si, İkinci Qarabağ müharibəsinin şəhidi.
Araz Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyul 1997(1997-07-16) |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020(2020-11-09) (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Məmmədov Qəhrəman |
Anası | Novruzova Xeyrənsə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | MAXE |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Azər Məmmədov 16 iyul 1997-ci ildə Naxçıvan şəhərinin Tumbul kəndində dünyaya göz açmışdır.[1] 2003-cü ildə Tumbul kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2014-cü ildə təhsilini başa vurub. Ailədə 3 qardaş 1 bacı olmaqla 4 uşaq olublar. Evin kiçik uşağı Azər olub.
2015- ci ildə həqiqi hərbi xidmətə gedib.2017-ci ilin sonunda xidmətini başa vurub. 2020-ci ilin iyulunda könüllü olaraq ordu sıralarına qoşulmaq qərarına gəlmişdi.Xüsusi təyinatlı Qüvvələrin 3 aylıq kursunu bitirdikdən sonra MAHHXHQ kimi xidmət etməyə başlamışdır. II Qarabağ müharibəsinə könüllü olaraq yollanıb.Son dəfə Şuşa azad olan gün Şuşadan anasına zəng edən Araz ertəsi gün qəhrəmancasına şəhid olub. günlərlə Arazdan xəbər ala bilməyən ailə noyabrn 18-də hərbi komissarlıqdan aldığı cavabla Arazın şəhid olduğu xəəri öyrənirlər. Noyabrın 19-da şəhidin nəşi Tumbul kənd məzarlğında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]