Şəhriyar Vəzir oğlu Qasımov (7 noyabr 1995, Hüseynbəyli, Bərdə rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Şəhriyar Qasımov | |
---|---|
Şəhriyar Vəzir oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1995(1995-11-07) |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020(2020-10-26) (24 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vəzir Qasımov |
Anası | İlhamə Qasımova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013-2015 / 2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində və Bakı şəhər Binəqədi rayonu Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb.
2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Tovuz rayonunda yerləşən N saylı hərbi hissələrdən birində başlamışdır. Xidmət dövründə fərqləndiyinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. 2015-ci ildə hərbi xidmətini uğurla başa vurmuşdur.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhriyar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanıFüzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Şəhriyar Qasımov oktyabrın 26-da Qubadlının azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]