Samir Mikayıllı

Samir Sabir oğlu Mikayıllı (1 yanvar 1993; Ağcabədi rayonu, Azərbaycan9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.

Samir Mikayıllı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağcabədi rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Salmanbəyli kəndi,Ağcabədi rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2015—2020
Rütbəsi Kapitan
Döyüşlər Günnüt əməliyyatı
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Samir Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.[1] 1999-2007-ci illərdə Ə. Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali hərbi Məktəbinə daxil olmuşdur. Həmin il seçim prosesinə qatılmış, bütün müsbət göstəricilərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göstərişi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kara Harp Okuluna (Quru Qoşunları üzrə Ali Hərbi Məktəb) daxil olmuş və 2014-cü ildə həmin məktəbi motoatıcı ixtisası üzrə üzrə bitirmişdir. Ona "leytenant" hərbi rütbəsi verilmişdir. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər Türkiyə Respublikası Tuzla Piyada Məktəbində zabit ixtisas kursunu keçmişdir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin aprel ayının 3-dən iyul ayının sonunadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə xidməti vəzifəsini yerinə yetirmək üçün 2015-ci ilin avqust ayından 2015-ci ilin noyabr ayına qədər "N" saylı hərbi hissədə motoatıcı taqım komandiri, 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayına qədər "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrup komandiri, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayının 22-dək "N" saylı hərbi hissədə Qərargah və təchizat bölüyünün komandiri, 2020-ci ilin sentyabr ayından şəhid olduğu tarixədək "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı bölük komandiri vəzifəsində xidmət etmişdir.Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.

Günnüt əməliyyatı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Günnüt əməliyyatı

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.[2] Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Samir Mikayıllı bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi, döyüş tapşırıqlarını dəqiq yerinə yetirirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağıQaraqaya dağı azad olunub[3], Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.[2]

Samir Mikayıllıya döyüşdə fərqlənməyinə görə 2018-ci ildə vaxtından əvvəl "baş leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı FüzulininŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci ilin oktyabr ayınnın 17-də Naxçıvan Xüsusi Təyinatlı Qüvvələri tərkibində İkinci Qarabağ müharibəsində iştirak üçün Qarabağa gəlmiş, 18 oktyabr 2020-ci ildən döyüşə başlamışdır. Füzuli, Qubadlı və Xocavənd rayonları ərazisində gedən döyüşlərdə rəşadət göstərmişdir. Şuşa şəhərinin alınması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Göstərdiyi igidliklərə görə komandanlıq tərəfindən vaxtından əvvəl 8 noyabr 2020-ci ildə "kapitan" hərbi rütbəsi verilmişdir. Daşaltı kəndi, Laçın koridoru ərazisində gedən döyüşlərdə igidlik göstərmişdir. Samir Mikayıllı noyabrın 9-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunun Salmanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin kənddə Samir Mikayıllı adına xatirəsinə park salınmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayılı ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[9]

Şəhid Samir Mikayıllıya məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[10]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. 1 2 "Azerbaijan makes territorial gains in Nakhchivan as fighting with Armenia flares". www.intellinews.com. www.intellinews.com. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  3. "Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  9. 1 2 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 25.06.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2022.
  10. "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  12. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  13. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  14. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  15. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.