Əvdil Quliyev (31 iyul 1972; Təzəkənd, Beyləqan, Azərbaycan — 6 noyabr 2020; Şuşakənd, Xocalı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi[1].
Əvdil Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təzəkənd, Beyləqan, Azərbaycan |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Şuşakənd, Xocalı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 |
Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 1980-ci ildə Təzəkənd orta məktəbinin birinci sinfinə gedib. Məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə. Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandiri kimi xidmətə başlayıb. 2000-ci ildə baş leytenant rütbəsi ilə xidmətini başa vurub. 2018-ci ildən etibarən Ə. Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub.
2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[4]