Turan Vaqif oğlu Muradov (5 dekabr 1994, Körpükənd, Zərdab rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Turan Muradov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Körpükənd, Zərdab, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Turan Muradov- 5 dekabr 1994-cü ildə, Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşdur. Xasa kənd orta məktəbində təhsilini almışdır.
2013–2014-cü illərdə Füzuli rayonunda müddəti hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra, müddətdən artıq hərbi xidmətə başlayıb. Xidmətdə fərqlənməsinə görə, o gizir hazırlığı kursuna göndərilib. Kursu başa vurduqdan sonra, gizir rütbəsi alıb və manqa komandiri təyin olunub. II Qarabağ Müharibəsində ön cəbhədə döyüşüb. Bir neçə strateji yüksəkliyin azad olunmasında iştirak edib. Suqovuşan, Talış və başqa bir neçə kəndin azad olunması uğrunda döyüşüb. 14 oktyabr 2020-ci ildə, döyüşdə qəhrəmancasına həlak olmuşdur. O, 25 oktyabr 2020-ci ildə Körpükənd qəbristanlığında dəfn olunub. Eyni zamanda atası Muradov Vaqif Müseyib oğlu da, I Qarabağ Müharibəsində iştirak edib. Azərbaycan Ordusunun giziri olan Turan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turan Muradov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Turan Muradov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]