Şükür Aslan oğlu Hacıyev (8 mart 2000, Yevlax – 5 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şükür Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 mart 2000 |
Doğum yeri | |
Vəfat tarixi | 5 noyabr 2020 (20 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Aslan Hacıyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Qubadlının azad edilməsi • Laçın döyüşləri • Şuşanın azad edilməsi |
Təltifləri |
Şükür Hacıyev 8 mart 2000-ci ildə Yevlax şəhərində anadan olmuşdur.[1] Əslən Laçın rayonunun Budaqdərə kəndindəndir. Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlı, Laçın və Şuşanın azad edilməsində vuruşmuşdur. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şükür Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]