Tural İlham oğlu Vəliyev (9 may 2001; Xəlfəli, İmişli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Tural Vəliyev | |
---|---|
Tural İlham oğlu Vəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xəlfəli, İmişli rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Dəfn yeri | Xəlfəli, İmişli rayonu, Azərbaycan |
Dəfn tarixi | 27.09.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 2020 2020 2020 |
Tural Vəliyev 9 may 2001-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur.[1] İmişli rayon şəhid Qabil Mərdəliyev adına Xəlfəli kənd tam orta məktəbini bitirmişdir. 2020-ci il iyul ayında hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman Kəlbəcər istiqamətində döyüşlərə qatılıb. Murovdağın azad olunmasında iştirak edib. 27 sentyabr 2020-ci ildə Murovdağda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən biri, İmişli rayonunun İkinci Qarabağ müharibəsində verdiyi ilk şəhididir. Doğulduğu İmişli rayon Xəlfəli kəndində dəfn olunmuşdur. Şəkli Xəlfəli kənd şəhidləri abidəsində əks olunmuşdur. Ölümündən sonra 6 medal və ordenlə təltif olunmuşdur.
Qeyd edək ki, şəhidin atası, Birinci Qarabağ müharibəsi qazisi İlham Vəliyev topçu olmuşdur. Şəhid Tural da topçu olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimizin əmisi də Birinci Qarabağ müharibəsi qazisidir.
Tural Vəliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Tural Vəliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Vəliyev 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Vəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]