Babək Ənnağıyev
Babək Ənnağıyev | |
---|---|
Babək Oktay oğlu Ənnağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qasımbəyli, Sabirabad, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sabirabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Ənnağıyev Babək Oqtay oğlu — İkinci Qarabağ müharibəsi şəhidi
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Babək Ənnağıyev 1994-cü il aprelin 28-də Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuşdur.[1] O,2000-2010-cu illərdə Sabirabad rayonu Qasımbəyli kənd tam orta məktəbində təhsil alıb.Babək talessemiya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollandı. Babək çox Vətənpərvər gənc idi. Qeyd edək ki, Babək ailəli idi. 2 qız övladı var: Həcər və Məryəm. Qızlarını çox istəyirdi.[2]
Döyüş yolu[redaktə | mənbəni redaktə et]
2012-ci ildə Sabirabad rayonu hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətini Qazax rayonunda “N”saylı hərbi hissəsində keçmişdir. Qazax rayonunun Musaköy, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib.Babəkin döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib.Oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb. İlk tibbi yardım göstərilsə də qospitala çatdırmaq mümkün olmayıb, elə yoldaca gözlərini həyata əbədi yumub. Sabirabadda dəfn edilib.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ənnağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Ənnağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Ənnağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[8]
- (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) [6]
- (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) [7]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Şəhid Babək Ənnağıyev". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
- ↑ "BABƏK KİMİ BABƏK..." 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
- ↑ "Şəhid Babək Ənnağıyev anılmışdır". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
- ↑ "Sabirabad rayonunda daha bir şəhid məzarı ziyarət edilib". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 27 apreldə doğulanlar
- 1994-cü ildə doğulanlar
- 26 yaşında vəfat edənlər
- 7 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar