Hikmət Bağırlı
Hikmət Bağırlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bəydili, Biləsuvar rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2021 |
Hikmət Qəhrəman oğlu Bağırlı (29 sentyabr 2001; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanmışdır.[1][2]
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, həlak olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[4]
- (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) [5]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "Tarix yazıb tarixə yazılanlar- Buləsuvar şəhidləri". 04.01.2021. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2021.
- ↑ 1 2 "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- 29 sentyabrda doğulanlar
- 2001-ci ildə doğulanlar
- 19 yaşında vəfat edənlər
- 29 sentyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar