Baloğlan Nağıyev
Baloğlan Nağıyev | |
---|---|
Baloğlan Müdəhətoviç Nağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tomsk, Tomsk vilayəti, Rusiya Federasiyası |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Baloğlan Müdəhətoviç Nağıyev (29 oktyabr 1996; Tomsk, Tomsk vilayəti, Rusiya Federasiyası — 24 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Baloğlan Nağıyev 29 oktyabr 1996-cı ildə Rusiya Federasiyası, Tomsk şəhərində anadan olub. Bərdə rayon Güloğlular kənd tam orta məktəbini bitirib.[2][3] 2014–2015-ci illərdə hərbi xidmətdə olub.[4]
Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Baloğlan Nağıyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. Müharibə zamanı sanitar təlimatçısı olub.
24 oktyabr 2020-ci ildə döyüşlər zamanı 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Bərdə Şəhidlər xiyabanında torpağa tapşırılıb.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[9]
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
- (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[8]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- ↑ "Şəhid Baloğlan Nağıyev". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ "Unudulmazlar — Baloğlan Nağıyev". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ "Bərdə şəhidləri". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ "İkinci Qarabağ müharibəsi şəhidi Nağıyev Baloğlan Müdahət oğlunun ikinci ildönümü qeyd olunmuşdur". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 29 oktyabrda doğulanlar
- 1996-cı ildə doğulanlar
- 23 yaşında vəfat edənlər
- 24 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Suqovuşanda (Ağdərə) vəfat edənlər
- Tomskda doğulanlar
- Bərdə Şəhidlər Xiyabanında dəfn olunanlar