Məlik Zülfüqarov
Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç
Axtarışa keç
Məlik Kamran oğlu Zülfüqarov (27 iyul 2001, Karrar, Kürdəmir rayonu – 21 oktyabr 2020) - əsgər, İkinci Qarabağ müharibəsi şəhidi
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Məlik Kamran oğlu Zülfüqarov 27 iyul 2001-ci il Kürdəmir rayonunun Karrar qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Karrar qəsəbəsində yerləşən tam orta məktəbdə təhsil almağa başlamış, 2018-ci ildə isə təhsilini bitirmişdir. Evin tək oğlu olan Məlik 21 oktyabr 2020-ci ildə həlak olmuşdur.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Məlik Zülfüqarov 3 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmış, Azərbaycanın Böyük Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış, 21 oktyabr 2020-ci ildə həlak olmuşdur. Məlik döyüşlərdə göstərdiyi igidliyə görə "Vətən uğrunda" medalına layiq görülmüşdür.[1]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
Kateqoriyalar:
- 27 iyulda doğulanlar
- 2001-ci ildə doğulanlar
- Kürdəmir rayonunda doğulanlar
- 19 yaşında vəfat edənlər
- 21 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Kürdəmir rayonunda dəfn olunanlar
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar