Ayaz Əhmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ayaz Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 4 mart 2000(2000-03-04)
Doğum yeri
Vəfat tarixi 7 oktyabr 2020(2020-10-07) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2018–2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 •
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Ayaz Elson oğlu Əhmədov (4 mart 2000, İkinci Ərəbcəbirli, Göyçay rayonu7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Ayaz Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub.[1] 2007-2016-cı illərdə Ceyhun İbrahimov adına Ərəbcəbirli kənd orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Göyçay Peşə Liseyində təhsil alıb.

Hərbi xidməti

Ayaz Əhmədov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Ayaz Əhmədov 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib.

Azərbaycan Ordusunun əsgəri olan Ayaz Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Ayaz Əhmədov 6 oktyabrdan 7 oktyabra keçən gecə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.