Elsevər Əhədzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elsevər Əhədzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Elsevər Ağacan oğlu Əhədzadə (azərb. Əhədzadə Elsevər Ağacan oğlu;3 iyul 1995, Bakı21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Həyatı 3 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli tam-orta məktəbin birinci sinifinə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasina qəbul olmuşdur. Universiteti yüksək nəticələr ilə bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağırılmışdır. Tovuz rayonunun “N” saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə xidmətini başa vurmuşdur.

Ailəsi

Subay idi.

Fəaliyyəti

Əmək fəaliyyəti

Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir neçə tikinti şirkətində çalışmışdır.

Hərbi xidməti

21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “İkinci Qarabağ müharibəsi”-nin ilk günlərindən döyüşlərə qatılmışdır. Cəbrayıl-Füzuli istiqamətində aparılan əməliyyatlarında iştirak etmişdir 21.10.2020-ci il tarixində Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əhədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Təltifləri

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.