Rahim Mikayılov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rahim Mikayılov
Rahim Qalib oğlu Mikayılov
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1990(1990-09-03)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2020(2020-09-27) (30 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşağı Əhməd
Atası Mikayılov Qalib
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014 - 2020
Rütbəsi Baş leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 3-cü dərəcəli "Rəşadət" ordeni — 2021

Rahim Qalib oğlu Mikayılov (3 sentyabr 1990, İkinci Nügədi, Quba rayonu27 sentyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.

Həyatı

Rahim Mikayılov 1990-cı il 3 sentyabr tarixində Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Daha sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) ali təhsil alıb.

Hərbi xidməti

Ali təhsilini başa vurduqdan sonra həyatını hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə baş leytenant ali hərbi rütbəsinə yüksəlmişdir. İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov - Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmiş və Murov zirvəsinin azad olunmasında iştirak etmişdir. Elə 27 sentyabr tarixində Kəlbəcərin Camışdağ zirvəsində şəhid olan hərbçimizin nəşi 117 gündən sonra tapılaraq Quba rayonuna gətirildi və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırıldı.

Rahim şəhid olandan sonra oğlu Əhməd doğuldu. Oğlunun üzünü görməyən şəhid Rahim Mikayılov İkinci Nügədi kəndinin İkinci Qarabağ Müharibəsində sayca dördüncü şəhididir.

Təltifləri

(05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)

İstinadlar

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.