Hüseyn Əliyev (əsgər)
Hüseyn Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əsrik Cırdaxan, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Əsrik Cırdaxan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Hüseyn Sahib oğlu Əliyev (15 sentyabr 2000; Əsrik Cırdaxan, Tovuz rayonu — 3 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Hüseyn Əliyev 2000-ci il sentyabrın 15-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.[1] 2006–2017-ci illərdə M. Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Hüseyn Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hüseyn Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Əliyev oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. 2021-ci il yanvarın 14-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn olunub.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
- ↑ ""Tovuzda şəhid Hüseyn Əliyev dəfn edildi"" (az.). www.bizimyol.info. 2021-01-14. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.
- 15 sentyabrda doğulanlar
- 2000-ci ildə doğulanlar
- 20 yaşında vəfat edənlər
- 3 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Tovuz rayonunda doğulanlar
- Kəlbəcər rayonunda vəfat edənlər
- Tovuz rayonunda dəfn olunanlar