Eşqin Axundov
Eşqin Axundov | |
---|---|
Eşqin İntiqam oğlu Axundov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 yanvar 2000(2000-01-03) |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 2020(2020-11-03) (20 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Eşqin İntiqam oğlu Axundov (3 yanvar 2000, Gəncə – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Eşqin Axundov 2000-ci il 3 yanvar tarixində Gəncə şəhərində anadan olub. Gəncədə yaşamışdır.
Təhsil[redaktə | mənbəni redaktə et]
2007-ci ildə Gəncə şəhər 44 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu müddətdə həmişə öz təlim-tərbiyəsi ilə digər şagirdlərdən seçilmişdir. 2017-ci ildə həmin məktəbi bitirərək Peşə Liseyinə qəbul olmuşdur. 2019-cu ildə Peşə liseyini müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ilin İyul ayında Hərbi xidmətə yollanmışdır.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
2019-cu ildə Hərbi xidmətə yollanmışdır. Öz Hərbi xidmətində daim fərqlənmiş, özünün cəsurluq, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə cəsurcasına iştrak etmişdir. Hərbi xidmətdə olduğu kimi iştirak etdiyi döyüşlərdə də öz cəsurluq, igidliyi, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il 3 Noyabr Xocavənd uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına Şəhid olmuşdur.
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
- (25.06.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)[4]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 25.06.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2022.
- 3 yanvarda doğulanlar
- 2000-ci ildə doğulanlar
- Gəncədə doğulanlar
- 3 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 20 yaşında vəfat edənlər
- Xocavənd rayonunda vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar