Qamət Qurbanov
Qamət Qurbanov | |
---|---|
Qamət Şəmşir oğlu Qurbanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Keşdiməz, Ağsu rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Keşdiməz, Ağsu rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Qamət Şəmşir oğlu Qurbanov (25 iyul 2001; Keşdiməz, Ağsu rayonu — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsu rayonunun Keşdiməz kəndində anadan olub.[1] 2008–2019-cu illərdə Keşdiməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Qamət Qurbanov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qamət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Qamət Qurbanov sentyabrın 29-da Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağsu rayonunun Keşdiməz kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 25 iyulda doğulanlar
- 2001-ci ildə doğulanlar
- 19 yaşında vəfat edənlər
- 29 sentyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Ağsu rayonunda doğulanlar
- Tərtər rayonunda vəfat edənlər
- Ağsu rayonunda dəfn olunanlar