Saməddin Fərziyev
Saməddin Fərziyev | |
---|---|
Saməddin Mehman oğlu Fərziyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xanəgah, Lerik, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lökbatan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Saməddin Mehman oğlu Fərziyev (20 iyun 2001; Xanəgah, Lerik, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Saməddin Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar.[2] Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Daha sonra Lökbatana köçüblər.[3] Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib.[4]
Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]
Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.[5]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Saməddin Fərziyev Hadrutun azad edilməsində savaşıb. Saməddin bu döyüşdə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Tapşırıq uğurla yerinə yetirilib. Oktyabrın 21-i Saməddin və Sənan düşmənin döyüş postunu ələ keçiriblər. Lakin bundan bir neçə dəqiqə sonra xain düşmənin minaatandan açdığı atəş nəticəsində hər ikisi şəhid olub. Saməddinin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsində torpağa tapşırılıb.[6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Fərziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[10]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[11]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- ↑ "Qəhrəmanlığı dillərdə dastan olan Saməddin". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
- ↑ "Vətən Müharibəsi Şəhidlərimiz". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
- ↑ "Şəhid Saməddin Fərziyev". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
- ↑ ""Ana, ataya imkan verməyin televizora baxsın, mənə görə narahat olar"". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
- ↑ Ölməz hünər sahibi – şəhid Saməddin Fərziyev anıldı[ölü keçid]
- ↑ "Şəhid Saməddin Fərziyevin doğulduğu kənddə xatirəsi əbədiləşdi". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- 20 iyunda doğulanlar
- 2001-ci ildə doğulanlar
- 19 yaşında vəfat edənlər
- 21 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Xocavənddə vəfat edənlər
- Lerikdə doğulanlar
- Lökbatanda dəfn olunanlar