Əli Bəxtiyar oğlu İbrahimov (11 fevral 2002; Quba, Azərbaycan — 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əli İbrahimov | |
---|---|
Əli Bəxtiyar oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qırmızı Qəsəbə, Quba, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Quba |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Əli İbrahimov 11 fevral 2002-ci ildə Quba rayonu Qırmızı qəsəbədə dünyaya gəlib.[2]
2008 ci ilde Quba rayonu Qirmizi qesebe İsaak Xanukov adina 1-N li tam orta məktəbin 1 ci sinifine daxil olub və həmin məktəbin 2019-cu il məzunu olmuşdur.[3]
Əli İbrahimov 4 may 2020-ci ildə hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əli İbrahimov Talış Madagizin azad edilməsində savaşıb. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində minamyot qəlpəsindən şəhid olub. 23 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli İbrahimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]