Turan Raqif oğlu Məmmədli (7 dekabr 1993, Göycəli, Ağstafa rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.dir.
Turan Məmmədli | |
---|---|
Turan Raqif oğlu Məmmədli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 dekabr 1993(1993-12-07) |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 2020(2020-10-07) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012—2014; 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Turan Məmmədli 1993-cü il dekabrın 7-də Ağstafa rayonunun Göycəli kəndində anadan olub.[1] 2000–2011-ci illərdə N. Həmzəyev adına Göycəli kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.[2]
Turan Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Turan Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "gizir" hərbi rütbəsi altında xidmətini davam etdirirdi.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Turan Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turan Məmmədli oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Göycəli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]