Elməddin Anar oğlu Məmmədli (10 avqust 2000, Velədi, Lənkəran rayonu – 3 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elməddin Məmmədli | |
---|---|
Elməddin Anar oğlu Məmmədli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 avqust 2000(2000-08-10) |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 2020(2020-10-03) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Elməddin Məmmədli 2000-ci il avqust ayının 10-da Lənkəran rayonu Velədi kəndində dünyaya göz açıb.[2] Ailədə 3 qardaş, 1 bacı olublar…[3][4][5]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Məmmədli Füzulinin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. 24 oktyabr 2020-ci ildə Lənkəranda dəfn edilib.[6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]