Məhərrəm Şərif oğlu İbrahimli (9 aprel 2001; Oxud, Şəki, Azərbaycan — 5 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Məhərrəm İbrahimli | |
---|---|
Məhərrəm Şərif oğlu İbrahimli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Oxud, Şəki, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Tapqaraqoyunlu, Goranboy, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Məhərrəm İbrahimli 9 aprel 2001-ci ildə Şəki şəhərində dünyaya gəlib.[2]
Məhərrəm İbrahimli 23 aprel, 2019-cu ildə hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məhərrəm İbrahimli Talış Madagizin azad edilməsində savaşıb. 5 oktyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. 24 oktyabr 2020-ci ildə Şəkidə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhərrəm İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhərrəm İbrahimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhərrəm İbrahimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]