Mehdi Elçin oğlu Məmmədov (6 aprel 1995; Sarıcalı, Tərtər, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mehdi Məmmədov | |
---|---|
Mehdi Elçin oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sarıcalı, Tərtər, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Tərtər |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Mehdi Məmmədov 6 aprel 1995-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib.[2] Məktəbi bitirdikdən sonra 2013-2015-ci illərdə hərbi xidmətdə olmuşdur.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mehti Məmmədov Suqovuşan döyüslərində savaşıb. 4 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkət edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub. Tərtərdə dəfn edilmişdir.[4][5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehdi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehdi Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]