Ərəstun Xıdırov
Ərəstun Xıdırov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 mart 1998(1998-03-18) |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 2020(2020-10-15) (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | çavuş |
Döyüşlər | |
Təltifləri |
Ərəstun Arif oğlu Xıdırov (18 mart 1998, Bərdə – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — MAXE-çavuş, Vətən Müharibəsi şəhidi.
Mündəricat
Həyatı
[redaktə | mənbəni redaktə et]Ərəstun Xıdırov 1998-ci ilin martın 18-də Bərdədə anadan olub. 2005-ci ildə Bərdə şəhər Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə getmiş, 2015-ci ildə orta təhsilini bitirmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ərəstun subay, həm də ailənin iki övladından biri idi.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]2016-cı ildə Naxçıvan şəhərindəki 515 nömrəli hərbi hissədə xidmət etmiş, 2017-ci ildə xidmətini bitirmişdir.
08.09.2020-ci ildə hərbidə MAXE kimi fəaliyyətə başlayıb. Ərəstun Xıdırov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan İkinci Qarabağ müharibəsində Suqovuşanın azad edilməsində aktiv şəkildə iştirak edib. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub. Oktyabrın 16-da isə nəşi Bərdəyə gətirilərək, Bərdə Şəhidlər Xiyabanında polkovnik-leytenant Elzamin Təhməzovla bir sırada dəfn olunub.
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[1]
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- 18 martda doğulanlar
- 1998-ci ildə doğulanlar
- Bərdədə doğulanlar
- 15 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 22 yaşında vəfat edənlər
- Suqovuşanda (Ağdərə) vəfat edənlər
- Bərdə Şəhidlər Xiyabanında dəfn olunanlar
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar