Şaiq Kəlbiyev (əsgər, 1994)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şaiq Kəlbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1994(1994-09-10)
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 2020(2020-10-15) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Şaiq Namiq oğlu Kəlbiyev (10 sentyabr 1994, Sahil15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub.[1] 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məktəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012–2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.

Hərbi xidməti

Şaiq Kəlbiyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə savaşıb.[2] Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.

Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.[2] Şaiq Kəlbiyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn olunub.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. 1 2 3 "Şəhid Şaiq Kəlbiyev dəfn edildi". www.youtube.com ( YouTube portalı / "Portağal Media" səhifəsi). 18.10.2020. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.10.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.