Elvin Salahov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elvin Salahov
Şəxsi məlumatlar
Doğum tarixi 17 sentyabr 2001(2001-09-17)
Doğum yeri
Vəfat tarixi 23 oktyabr 2020(2020-10-23) (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı

Elvin Sabir oğlu Salahov (17 sentyabr 2001, Bakı23 oktyabr 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Elvin Salahov 17 sentyabr 2001-ci ildə Bakıda doğulub.[1] Əslən Şabran rayonundandır.

2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olub. 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə bitirdiyi il ali məktəbə qəbul imtahanı verir, lakin ödənişli ixtisasa düşdüyü üçün oxumaq istəmir və həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır.[2]

Hərbi xidməti

Elvin Salahov hərbi xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur. Xidmət dövründə bütün təlim və məşqlərdə müvəffəqiyyətlə iştirak edir. 2020-ci ilin sentyabrında 2-ci Qarabağ müharibəsi başlanan andan bir Xüsusi Təyinatlı kimi ön cəbhədə vuruşub.

Elvin Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 23-də Qubadlıda snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.

Şəhid oktyabrın 24-də Badamdar qəsəbəsində dəfn olunmuşdur.[3][4]

Təltifləri

İrsi

2021-ci ilin oktyabr ayında şəhidin yaşadığı Dadaş Bünyadzadə küçəsində onun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verilmişdir.

İstinadlar

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! — Salahov Elvin Sabir oğlu". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
  3. "İkinci Qarabağ müharibəsi şəhidi Elvin Salahovun məzarı ziyarət olunmuşdur". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
  4. "Vətən Müharibəsi Şəhidlərimiz". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.10.2021.