Məcid Məmmədov
Məcid Məmmədov | |
---|---|
Məcid Rafiq oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıcavadlı, Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Talış, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Məcid Rafiq oğlu Məmmədov (10 yanvar 2002; Hacıcavadlı, Cəlilabad, Azərbaycan — 1 oktyabr 2020; Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mündəricat
Həyatı
Məcid Məmmədov 2002-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Hacıcavad kəndində doğulmuşdu. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxumuş, sonradan ailəsi ilə birlikdə Bakıya köçdüyündən təhsilini Binəqədi rayon 115 saylı məktəbdə davam etdirmişdi. Uşaqlıqdan atasını itirmışdir.[2][3]
Hərbi xidmətləri
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məcid Məmmədov Suqovuşan və Talış döyüslərində savaşıb. 1 oktyabr tarixində kəşfiyyat müşahidə bölüyünün tərkibində Talış kənd istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilmişdir.[4][5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məcid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məcid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[9]
- (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[10]
İstinadlar
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- ↑ "Şəhid Məcid Məmmədov". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "GƏNC KƏŞFİYYATÇI - Şəhid Məcid Məmmədov Rafiq oğlu". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Şəhid Kənan Məmmədovun Ağdaş rayonunda xatirəsi yad edilib". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "İkinci Qarabağ müharibəsinin 5-ci gününün 18 yaşlı şəhidi". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Cəlilabadın Vətən Müharibəsində Şəhid Olmuş Qəhrəman Oğlu Məcid Rafiq Oğlu Məmmədov". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- 10 yanvarda doğulanlar
- 2002-ci ildə doğulanlar
- 18 yaşında vəfat edənlər
- 1 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Talışda (Ağdərə) vəfat edənlər
- Cəlilabadda doğulanlar
- Cəlilabadda dəfn olunanlar